Yardımlıda əkin sahələrinin 67,5 faizində taxıl biçini başa çatıb.
12 iyul 2023 | 09:28
Yardımlıda taxıl biçini davam edir. Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin verdiyi məlumata əsasən rayon üzrə əkin sahələrinin 67,5 faizində taxıl biçini başa çatmışdır. Biçilmiş sahələrdən 6 min 691 ton məhsul yığılıb. Əldə olunmuş məhsulun 6 min 266 tonu buğda, 405 tonu arpa, qalanı isə sair dənlilərdir. Son operativ məlumatlara görə ümumilikdə 2 min 890 hektardan çox taxıl sahəsi biçilib və hər hektardan 23,2 sentner məhsul toplanılıb. Buğda sahəsindən hər hektardan 23,4 sentner, arpa sahəsindən hər hektardan 20,6 sentner məhsul əldə edilib. Arpa sahələrinin 76,4 faizində biçin tam yekunlaşıb, hazırda biçin işləri əsasən rayonun nisbətən dağlıq ərazilərində aparılır.