Yardımlıda əkin sahələrinin 82 faizində taxıl biçini başa çatıb.
18 iyul 2023 | 10:04
Yardımlıda taxıl biçini davam edir. Artıq rayon üzrə əkin sahələrinin 82 faizində taxıl biçini prosesi başa çatıb. Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin verdiyi məlumata əsasən zəmilərdən 8 min tona yaxın taxıl toplanıb. Əldə olunmuş məhsulun 7,6 min tonu buğda, 0,4 min tonu arpa məhsuludur. Son operativ məlumatlara görə, ümumilikdə 3507 hektar taxıl sahəsi biçilib və hər hektardan 22,8 sentner məhsul toplanılıb. Buğda sahəsində məhsuldarlıq hər hektara görə 23,0 sentner, arpa sahəsində isə 19,9 sentnerdir. Arpa sahələrinin 81,8 faizində biçin başa çatıb. Hazırda rayonun nisbətən dağlıq ərazilərində biçin işləri davam etdirilir.