Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda əmək bazarı haqqında.

01 may 2024 | 13:43

Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin verdiyi məlumata əsasən 01 aprel 2024-cü il tarixinə Yardımlıda muzdla işləyənlərin sayı 4543 nəfər olmuş, onlardan 3496 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 1027 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir. Bütün işləyənlərdən 1283 nəfəri qadınlardır.
2024-cü ilin yanvar-mart ayları ərzində rayon iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 585,8 manat olmuşdur.
İqtisadiyyatın maliyyə və sığorta fəaliyyəti, digər sahələrdə xidmətlərin göstərilməsi, dövlət idarəetməsi və müdafiə, elektrik enerjisi, qaz və buxarın istehsalı eləcə də təhsil sahələrində daha yüksək orta aylıq nominal əməkhaqqı qeydə alınmışdır.

Keçidlər