Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda əmək yarmarkası keçiriləcək

12 may 2026 | 13:44

Yardımlı rayonunda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialı tərəfindən əmək yarmarkası keçiriləcəkdir.

İşaxtaran və işsiz şəxslərin 10 müəssisə tərəfindən vakant göstərilən 60-dan çox iş yeri haqqında məlumat əldə etməsi, aktiv məşğulluq tədbirlərinə cəlb olunması, işəgötürənlərin qısa müddətdə zəruri peşəyə, ixtisasa və təcrübəyə malik olan kadrların seçiminə köməklik göstərilməsi məqsədilə vətəndaşları 14 may 2026-cı il tarixdə saat 10:00-da Yardımlı rayon Mədəniyyət Mərkəzində keçiriləcək əmək yarmarkasına dəvət edirik.

 

Keçidlər