Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda “Əsrin müqaviləsi” tarixi zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda dəyirmi masa keçirilib.

30 sentyabr 2023 | 13:24

Sentyabrın 30-da Yardımlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Əsrin müqaviləsi tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda dəyirmi masa keçirildi.

Dəyirmi masada RİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova,  RİHBA-nın şöbə müdirləri, YAP Yardımlı Rayon Təşkilatının əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və rayon ziyalıları iştirak ediblər.

Tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan RİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova 1994-cü il sentyabrın 20-də Ulu Öndərin təşəbbüsü ilə imzalanan “Əsrin müqaviləsi” və bu tarixi hadisənin Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətindən danışıb. Ə.Məmmədova bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bu gün müstəqil dövlət kimi Azərbaycanın öz milli sərvətinin sahibi olmasının, iqtisadiyyatımızın dünya iqtisadiyyatına qovuşmasının, ölkəmizin 90-cı illərin əvvəlində başlanmış siyasi, iqtisadi və sosial böhranlardan çıxaraq dirçəlməsinin və ən əsası XXI əsrin astanasında yüksək inkişaf etmiş, möhkəm, demokratik Azərbaycan dövlətinin yaranmasının rəmzidir.

Çıxış edənlər Ulu Öndərin təşəbbüsü ilə imzalanan “Əsrin müqaviləsi”nin və bu tarixi hadisənin Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətindən bəhs etmiş, milli sərvətlərimizdən müstəqil dövlətimizin və xalqımızın rifahı naminə istifadə olunması və bu məqsədlə xarici investisiyaların cəlb olunması üçün cəsarətli siyasi addımlar atıldığını bildirmiş, Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan iqtisadi inkişaf mərhələsinin bu gün onun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışmışlar. 

Keçidlər