Yardımlıda “Fiziki aktivlik və sağlam qidalanma” mövzusunda maarifləndirici tədbir keçirilib
Martın 7-də Yardımlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Çay Üzü kənd tam orta məktəbində sağlam həyat tərzi, fiziki aktivlik mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.
RİH başçısının müavini Əfsanə Məmmədova fiziki aktivlik mövzunda keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb, sağlam qidalanma və fiziki aktiv həyat tərzinin gənc nəslin inkişafında vacib rol oynadığını deyib.
Çay Üzü kən tam orta məktəbinin Fiziki tərbiyə və idman rəhbəri Bakir Eyvazov fiziki aktivliyi təbliğ etmək, bir çox xəstəliklərin əsas risk faktoru olan fiziki passivlikdən uzaq olmağın vacibliyini qeyd edib.
Çay Üzü kənd həkim-ambulator məntəqəsinin müdiri Vəli Sadıqov qeyri-sağlam qidalanmanın artıq çəkinin artmasına səbəb olduğunu və qeyri-infeksion xəstəliklərin yaranmasına təkan verdiyini bildirərək qeyd edib ki, mütəmadi fiziki aktivlik ürək-damar xəstəlikləri, II tip şəkərli diabet, bir sıra xərçəng xəstəlikləri, piylənmə, depressiya və sümüklərin kövrəkləşməsinin qarşısını alır.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb və sağlam həyat tərzinə dair faydalı tövsiyələr verilib.