Yardımlıda gözdən əlillər ilə görüş keçirilib.
Yardımlı Rayon İcra Hakimiyyətinin və Gözdən Əlillər Cəmiyyətinin əməkdaşlarının iştirakı ilə Yardımlı Rayon Mərkəzi Kitabxanasının inzibati binasında rayon üzrə gözdən əlillər ilə görüş keçirilib. Görüşdə dövlət tərəfindən gözdən əlillərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, göstərilən diqqət və qayğının ilbəil artmasından söz açılaraq qeyd edildi ki, bütün bu göstəricilər Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu qəbildən olan əlillərə göstərdiyi qayğının bariz nümunəsidir. Tədbirdə gözdən əlillərə göstərilən diqqqət və qayğı ilə bağlı məmnunluq ifadə olundu və bununla yanaşı, onların qarşılaşdığı sosial-iqtisadi problemlər və həlli yolları, eləcə də, aidiyyəti orqanlarla bu sahədə olan münasibətlər müzakirə edilərək bir sıra təkliflər irəli sürüldü. Tədbirin sonunda Gözdən Əlillər Cəmiyyətinin Cənub Regional Bölməsində təmsil olunmaq üçün rayonda yaşayan gözdən əlillərlə əlaqələri genişləndirməklə koordinasiyanı təşkil etmək məqsədilə rayon üzrə iki nəfər gözdən əlil nümayəndə seçildi.