Yardımlıda “Heydər Əliyev Azərbaycan dövlətinin yaradıcısı və memarıdır” mövzusunda tədbir keçirilib
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli sərəncamının icrası ilə əlaqədar 9 mart 2023-cü il tarixində Kürəkçi kənd tam orta məktəbində “Heydər Əliyev Azərbaycan dövlətinin yaradıcısı və memarıdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə Yardımlı rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova, rayon Təhsil sektorunun məsləhətçisi İman Sadıyev, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi siyasi sınaqlarından uğurla çıxardığını, Azərbaycan xalqının yeni minilliyə məhz dahi şəxsiyyətin zəkası ilə qədəm qoyduğunu vurğulayıblar. Müasir Azərbaycanın davamlı yüksəliş yolunda inamla irəliləməsinin Ümummilli Lider Heydər Əliyevin həyat amalı olduğunu qeyd ediblər.