Yardımlıda “Heydər Əliyev İli” çərçivəsində “Ata vəsiyyəti və inamlı Zəfər” mövzusunda dəyirmi masa keçirilib.
24 noyabr 2023 | 12:11
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq Yardımlı rayon İcra Hakimiyyətinin və Yardımlı Rayon Heydər Əliyev mərkəzinin birgə təşkilatçılığı ilə “Ata vəsiyyəti və İnamlı Zəfər” mövzusunda tədbir keçirilib.
Tədbirdə RİH başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova, RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rövşən Süleymanov, Heydər Əliyev Mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Zeynəb Məmmədzadə, Vətən Müharibəsi iştirakçıları və qazilər iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
RİH başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova, RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rövşən Süleymanov, Heydər Əliyev Mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Zeynəb Məmmədzadə və digər natiqlər çıxış edərək 44 günlük Vətən Müharibəsi zamanı torpaqlarımız düşmən işğalından azad olunması, xalqımızın Zəfər tarixinin böyük yol keçdiyini, bu uğurlu yolun Ulu Öndər Heydər Əliyev tərəfindən başlandığını və onun müdrik siyasətinin layiqli davamçısı Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.