Yardımlıda "Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib
Yardımlıda 2 Fevral–Gənclər Günü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa təşkil olundu.
02 fevral 2023-cü il tarixində Yardımlı Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Yardımlı Rayon Təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı Rayon Şöbəsinin, Yardımlı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa təşkil olundu.
Tədbirdə Yardımlı Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Məmmədova, Yeni Azərbaycan Partiyası Yardımlı Rayon Təşkilatının sədri Anar Alışov, Yardımlı Rayon Gənclər və İdman İdarəsinin rəisi Şəhriyar Şabiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı Rayon Şöbəsinin rəisi Yusif Əhmədov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yardımlı nümayəndəliyinin direktoru Səfail İbişli, Vətən müharibəsi iştirakçıları, qazilər, rayonun idarə, müəssisə və təşkilatlarında çalışan gənclər, rayonda fəaliyyət göstərən qeyri-hökümət təşkilatların nümayəndələri iştirak etmişdir.
Əvvəlcə, tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra Azərbaycan xalqının dahi rəhbəri Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
RİH başçısının müavini Əfsanə Məmmədova çıxış edərək respublikamızda uğurlu gənclər siyasətinin əsasının Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu deyərək gənclərə dövlət tərəfindən hər zaman xüsusi diqqət və qayğının göstərildiyini bildirib. Ə.Məmmədova qeyd edib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi dövlət gənclər siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində vətənpərvər gənclər ordusunun yetişdiyini və bu gənc nəslin böyük zəfərlə bitən 44 günlük müharibədə özünü bir daha təsdiq etdiyini diqqətə çatdırıb.
Yeni Azərbaycan Partiyası Yardımlı Rayon Təşkilatının sədri Anar Alışov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunmasının əlamətdar hadisə olduğunu vurğulayıb. Müstəqil Azərbaycanın qurucusu, gənclərin dostu Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinə nəzər salaraq Dahi Şəxsiyyətin gənclər siyasəti ilə bağlı gördüyü işlərin Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən danışıb.
Rayon Gənclər və İdman idarəsinin rəisi Şəhriyar Şabiyev gənclər gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunmasından, bu günün 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə təsdiq olunmasının gəncliyə göstərdiyi diqqət və qayğının nümunəsi olduğundan və Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini və onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynadığından söz açıb.
Digər çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətləri barədə danışaraq, ulu öndərin siyasi ideyalarının layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında hər zaman olduğu kimi bundan sonra da sıx birləşəcəklərini bildiriblər.