Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda tədbir keçirilib.

16 mart 2023 | 15:16

Yardımlıda “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin  Başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə-müəssisə və təşkilatların əməkdaşları, rayon ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin, dövlətçiliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib. “Heydər Əliyev və Azərbaycançılıq” filmi nümayiş olunub.

Sonra RİH başçısı Ayaz Əsgərov  çıxışında Ulu Öndər Heydər Əliyevin fədakarlığı, cəsarəti və uzaqgörənliyi sayəsində dövlətçiliyimizin və müstəqilliyimizin böyük fəlakətdən xilas olmasından, dahi rəhbərin hər zaman milli ideologiyanı və azərbaycançılıq məfkurəsini hər şeydən üstün tutmasından, dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşdirilməsi istiqamətindəki əvəzsiz xidmətlərindən danışıb.

Digər natiqlər çıxışlarında bildiriblər ki, Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin fəlsəfi, siyasi mənası olduqca dərindir. Azərbaycançılıq milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurədir. Ümummilli Liderin müəllifi olduğu, sistemləşdirdiyi azərbaycançılıq ideologiyası təkcə bu ölkənin ərazisində yaşayan insanları yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrilib.

Keçidlər