Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda “İcbari tibbi sığorta” mövzusunda tədbir keçirilib.

06 iyun 2024 | 13:14

Yardımlı Rayon İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Lənkəran filialının təşkilatçılığı ilə 06 iyun 2024-cü il tarixində “İcbari tibbi sığorta” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə çıxış edənlər Respublikamızda son illər baş verən sürətli iqtisadi inkişafın səhiyyənin də inkişafına əsaslı təkan verdiyini qeyd etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə əhalinin sağlamlığının qorunmasını təmin etmək məqsədi ilə səhiyyə sahəsində aparılan islahatlarda və xüsusi ilə icbari tibbi sığortanın əhəmiyyətindən danışmışlar.

Tədbirin sonunda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Lənkəran filialının rəhbəri Sadiq Dadaşov iştirakçıları maraqlandıran sualları cavablandırmışdır.

Keçidlər