Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda Konstitusiya və Suverenlik ili çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.

24 iyun 2025 | 14:52

iyunun 24-də “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr olunmuş tədbir keçirilib.

Tədbirdə RİH başçısının birinci müavini Azər Xamiyev, RİH başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Miramil Səmədli, aparatın məsul əməkdaşları, RİHB-nın İƏD üzrə nümayəndələri  və idarə müəssisə rəhbərləri  iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda edən qəhrəman Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

RİH başçısının birinci müavini A.Xamiyev bildirib ki, Ulu Öndər xalq və Vətən yolunda göstərdiyi misilsiz xidmətləri ilə öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazıb. Heydər Əliyev şəxsiyyəti hər bir azərbaycanlı üçün müdriklik, əzmkarlıq və vətənə sədaqət rəmzidir. Onun ölməz ideyaları bugünkü və gələcək nəsillərin əməllərində yaşayır və daim yaşayacaq. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın mürəkkəb çağırışlar qarşısında qalmasına diqqət çəkən A.Xamiyev  bildirib ki, məhz belə bir ağır şəraitdə xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin ali dövlət hakimiyyətinə qayıtması, Ali Sovetin sədri və 4 ay sonra xalqın yekdil iradəsi ilə Prezident seçilməsi ölkədə vəziyyəti sabitləşdirməyə imkan verib. Qeyd olunub ki, Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də onun rəhbərliyi ilə müstəqil dövlətimizin ilk Konstitusiyasının hazırlanmasıdır. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyamız dünyanın ən demokratik qanunları ilə müqayisə oluna bilər. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin memarı və qurucusu, Konstitusiyamızın yaradıcısıdır.

Çıxışlarda bu gün Ümummilli Liderin siyasi irsini, uzaqgörən müstəqil, demokratik dövlətçilik strategiyasını ləyaqətlə davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən nailiyyətlər yüksək qiymətləndirilib. Qeyd olunub ki, dövlətin iqtisadi gücünün, siyasi nüfuzunun artırılması, beynəlxalq mövqeyinin möhkəmləndirilməsi, xalqın rifahının yaxşılaşdırılması ölkə rəhbərinin siyasətinin əsas istiqamətlərini təşkil edir.

Keçidlər