Yardımlıda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
12 mart 2025 | 15:59
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Yardımlı rayonunda Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq ağacəkmə aksiyası keçirildi.
Ağacəkmə aksiyasında RİH başçısı aparatının, idarə, müəssisə və xidmət sahələrinin əməkdaşları, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Aksiya iştirakçıları tərəfindən ağac əkilən ərazidə əvvəlcədən təmizlik işləri aparılıb və əkin üçün hazır vəziyyətə gətirilib.
“Konstitusiya və Suverenlik İli” ilə bağlı təşkil edilən bu aksiya zamanı 50 ədəd Eldar şamı və 50 ədəd göyrüş ağacı əkilib.
Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.