Yardımlıda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib.
İyulun 31-də Yeni Azərbaycan Partiyasının Yardımlı rayon təşkilatının inzibati binasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib.
Tədbir Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən RİH başçısı aparatının İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Şakir Kərimov, YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Yardımlı rayon sektorunun müdiri Şəhriyar Şabiyev və Anzov kənd tam orta ümumtəhsil məktəbinin direktoru Malik Balaşov “Konstitusiya və Suverenlik İli”nin əhəmiyyətindən söz açıb, müstəqil Azərbaycanın hüquqi və siyasi əsaslarının formalaşmasında Ulu Öndər Heydər Əliyev irsinin əvəzsiz rolunu vurğulayıblar.








