Yardımlıda Məhərrəm ayı ilə bağlı tədbir keçirilib.
Tədbirdə RİH başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının, idarə müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi nümayəndələri, bələdiyyə sədrləri, icma sədrləri və din xadimləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib. A.Əsgərov hər bir Azərbaycan vətəndaşının, xüsusən də gənclərin üzərinə dinimizi, milli-mənəvi dəyərlərimizi düzgün öyrənmək və təbliğ etmək kimi məsuliyyətli bir vəzifənin düşdüyü qeyd edərək Məhərrəm ayı ilə bağlı tədbirlərin mövcud qanunvericiliyə uyğun şəkildə keçirilməsinin zəruriliyi diqqətə çatdırıb.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin məsləhətçisi Pərvin İmanov çıxış edərək dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasından, dini dəyərlərə və din xadimlərinə qayğı və diqqətdən bəhs edərək, dini dəyərlərin insanlara çatdırılmasında din xadimlərinin üzərinə düşən məsuliyyəti xatırladaraq, Məscidlərdə və digər ibadət yerlərində dini mərasimlərin icrası zamanı Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının verəcəyi fətvanın tələblərinə ciddi riayət olunmasının vacibliyini, dini mərasimlərin mahiyyətinə uyğun, xurafat elementlərindən uzaq təşkil edilməsini xüsusi olaraq vurğulayıbdır.
Sonda RİH başçısı Ayaz Əsgərov rayonumuzda hər il olduğu kimi bu il də Məhərrəmlik, Aşura mərasimlərinin milli-mənəvi dəyərlərimizə uyğun şəkildə qeyd ediləcəyinə əmin olduğunu bildirib, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdı.