Yardımlıda "Milli dirçəlişin banisi" adlı tədbir keçirilib.
Yardımlı Rayon İcra Hakimiyyətinin və Yardımlı Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev İli" ilə əlaqədar "Milli dirçəlişin banisi" adlı tədbir keçirilib.
Tədbirdə Yardımlı RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Mirqiyas Əsgərov və Çay Üzü kənd tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak ediblər.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə Ulu Öndərin xalqımız qarşısındakı misilsiz fəaliyyətlərindən bəhs edib. Z.Məmmədzadə gənclərə, orduya göstərilən diqqət və qayğıdan, təhsilin inkişafına və həmçinin Azərbaycan adlı ölkənin dünyaya tanıdılması üçün atılan addımlardan bəhs edib.
Daha sonra Mirqiyas Əsgərov bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev bütün mənalı ömrünü doğma xalqının xoşbəxt gələcəyinə, ölkəsinin tərəqqisi, dövlətinin möhkəmlənməsi və rifahına həsr edib. M.Əsgərov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ölkədə vətəndaş həmrəyliyinə nail olunması, sabitlik yaradılması, müstəqil dövlət qurulması, bütün sahələrdə mühüm islahatlar həyata keçirilməsi, beynəlxalq aləmdə respublikanın mövqeyinin möhkəmləndirilməsi kimi istiqamətlərdə gördüyü işlər unudulmazdır.
Yekun olaraq tədbir iştirakçıları Mərkəzdə mövcud olan eksponatlar və tərtib olunan sərgilərlə tanış olublar.