Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda "Mülki müdafiə sahəsində 2023-cü ilin yekunu və 2024-cü ildə qarşıda duran əsas vəzifələr" mövzusunda tədbir keçirilib.

24 noyabr 2023 | 14:18
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin və Yardımlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 24 noyabr 2023-cü il tarixində RİH-nin inzibati binasında "Mülki müdafiə sahəsində 2023-cü ilin yekunu və 2024-cü ildə qarşıda duran əsas vəzifələr" mövzusunda tədbir keçirilib.
Tədbirdə RİH başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Miramil Səmədli, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin Mülki Müdafiə idarəsinin rəisi Araz Hüseynov, idarə-müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Tədbir zamanı mülki müdafiənin təşkili, planlaşdırılması, əhalinin mülki müdafiə sahəsində hazırlanması ilə bağlı görülən işlər təhlil edilib, qarşıda duran vəzifələrdən ətraflı danışılıb. Eyni zamanda müvafiq idarə, təşkilat və müəssisə rəhbərlərinin keçirilən tədbirlə bağlı təklifləri dinlənilib, görüləcək işlərin səmərəliliyinin artırılması üçün tövsiyələr verilib.
Keçidlər