Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 19,7 faiz artıb

04 may 2022 | 08:36

Aprelin 1-i tarixinə Yardımlı rayonu üzrə muzdlu işçilərin sayı 4072 nəfər olub, onlardan 3258 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 814 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, 2022-ci ilin yanvar-mart ayları ərzində rayon iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 19,7 faiz artaraq 553,8 manata çatıb. İqtisadiyyatın maliyyə və sığorta fəaliyyəti, dövlət idarəetməsi və müdafiə, peşə, elmi və texniki fəaliyyət, elektrik enerjisi, qaz və buxarın istehsalı və təhsil sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Keçidlər