Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda muzdla işləyənlərin 49,2 faizi təhsil sahəsində çalışır.

17 fevral 2023 | 10:03

Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin verdiyi məlumata əsasən 2023-cü il yanvarın 1-i vəziyyətinə Yardımlı rayonunun iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz artaraq 4252 nəfər olmuş, onlardan 3410 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 842 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Muzdla işləyənlərin 49,2 faizi təhsil, 16,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 9,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 3,6 faizi tikinti,  13,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2022-ci ilin ilkin məlumatlarına əsasən rayon iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 15,6 faiz artaraq 550,4 manat olmuşdur. İqtisadiyyatın maliyyə və sığorta fəaliyyəti, dövlət idarəetməsi və müdafiə; sosial təminat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı eləcə də təhsil sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur

Keçidlər