📱 Yardımlıda "mygov" platformasının imkanları və rəqəmsal hökumət xidmətləri mövzusunda maarifləndirici tədbir keçirilib.
23 oktyabr 2026 | 17:01
22 oktyabr 2026-cı il tarixində Yardımlı Rayon İcra Hakimiyyəti və Yardımlı Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə Yardımlı RMX-də vətəndaşlara rəqəmsal hökumət həllərinin təbliği və "mygov" platformasının üstünlüklərinin izah olunması məqsədilə maarifləndirici tədbir keçirilib.
Tədbirdə RİH başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Miramil Səmədli, "Yardımlı Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin direktoru Ravil Qənbərov, RİH aparatının məsul əməkdaşları, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və səhiyyə işçiləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan RİH başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Miramil Səmədli dövlət xidmətlərinin rəqəmsallaşdırılmasının əhəmiyyətini vurğulayaraq bildirmişdir:
"Ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rəqəmsal transformasiya siyasəti vətəndaş-dövlət münasibətlərində şəffaflığın və əlçatanlığın təmin olunmasına xidmət edir. 'mygov' platforması vətəndaşların vaxtına qənaət edərək müxtəlif dövlət xidmətlərinə vahid məkandan, rahat və operativ şəkildə çıxış əldə etmələrinə geniş imkanlar yaradır. Bu cür maarifləndirici tədbirlərin keçirilməsi əhalinin rəqəmsal xidmətlərdən istifadə vərdişlərinin artırılmasında müstəsna rol oynayır."
Daha sonra çıxış edən "Yardımlı Rayon Mərkəzi Xəstəxanası" PHŞ-in direktoru Ravil Qənbərov rəqəmsal həllərin səhiyyə sahəsindəki tətbiqindən danışaraq qeyd etmişdir:
"Müasir dövrdə rəqəmsallaşma səhiyyə sisteminin və tibbi xidmətlərin də ayrılmaz hissəsinə çevrilmişdir. 'mygov' platforması vasitəsilə vətəndaşlar özlərinə və ailə üzvlərinə aid tibbi sənədlərə, xəstəlik vərəqələrinə və digər zəruri məlumatlara asanlıqla baxa bilirlər. Bu, həm səhiyyə işçilərinin işini asanlaşdırır, həm də pasiyentlərin məlumatlılıq səviyyəsini və xidmət keyfiyyətini yüksəldir."
Çıxışını davam etdirən RİH başçısı aparatının Ərazi-təşkilat məsələləri sektorunun böyük məsləhətçisi Kərəm Hüseynov yerlərdə maarifləndirmə işlərinin aparılmasının və İƏD nümayəndələrinin bu prosesdəki rolunun vacibliyini vurğulayaraq bildirib:
"Kəndlərdə yaşayan sakinlərin rəqəmsal xidmətlər barədə məlumatlandırılması xüsusi əhəmiyyət kəsb edir. Yerlərdəki nümayəndəliklər və tibb işçiləri vətəndaşlarla gündəlik ünsiyyətdə olduqları üçün 'mygov' tətbiqinin üstünlüklərini əhaliyə çatdırmaqda fəal olmalıdırlar. Əhalinin rəqəmsal savadlılığının artırılması onların gündəlik qayğılarını və dövlət qurumları ilə ünsiyyətini xeyli rahatlaşdıracaqdır."
Tədbirdə çıxış edən Yardımlı RMX-nin Xəstə xidmətləri şöbəsinin müdiri Muxtar Eyvazov isə platformanın funksionallığı və texniki üstünlükləri barədə ətraflı məlumat verərək deyib:
" 'mygov' şəxsi kabineti vətəndaşa aid məlumatların təhlükəsiz şəkildə toplanması və idarə olunması üçün ən rahat vasitədir. Platforma vasitəsilə müxtəlif dövlət qurumlarından arayışların real vaxt rejimində əldə edilməsi, sənədlərin etibarlılığının yoxlanılması və elektron xidmətlərdən faydalanmaq mümkündür. Məqsədimiz hər bir vətəndaşın bu imkanlardan maksimum dərəcədə rahat istifadə etməsini təmin etməkdir."
Tədbirin sonunda iştirakçılara "mygov" mobil tətbiqindən istifadə qaydalarını, qeydiyyat prosesini və təqdim olunan rəqəmsal xidmətləri əyani şəkildə əks etdirən maarifləndirici videocarx nümayiş olunmuşdur.








