Yardımlıda “Narkomaniyaya yox deyək, Gələcəyimizi birlikdə düşünək ”adlı tədbir keçirilib.
06 aprel 2024 | 10:32
Yardımlı Rayon İcra Hakimiyyətinin, Rayon Polis şöbəsinin və Lənkəran-Astara regional Təhsil İdarəsinin Yardımlı rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “Narkomaniyaya Yox deyək, Gələcəyimizi birlikdə düşünək ”adlı tədbir keçirilib.
Tədbirdə RİH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova, Yardımlı rayon Polis şöbəsinin rəisi Polkovnik Rauf Babaşov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Yardımlı rayon Təhsil sektorunun müdiri Kamal Təhməzov, Yardımlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Zeynəb Məmişzadə, Yardımlı rayon Polis şöbəsinin YYÇ-la proflaktiki işinin təşkili qrupunun inspektoru polis kapitanı Tural Quliyev, Köryədi kənd tam orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etmək olub.
Tədbirdə çıxış edənlər dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıblar. Qeyd edilib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir. Gəncləri daha düzgün və uğurlu yola yönləndirmək valideynlərdən və əsasən də müəllimlərdən asılıdır. Tədbirin sonunda mövzuya aid suallar cavablandırılıb.