Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda növbəti dəfə könüllü qanvermə aksiyası keçirilib.

25 aprel 2025 | 15:25

Talassemiya və hemofiliyalı xəstəliklərdən əziyyət çəkən insanlara kömək göstərmək məqsədilə Yardımlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Respublika Qan Bankı Publik Hüquqi şəxsin təşəbbüsü ilə Yardımlı Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib. Aksiyada qan vermək istəyən könüllü donorları Respublika Qan Bankı Publik Hüquqi şəxsin və Rayon Mərkəzi Xəstəxanasının həkim personalı müayinə etdikdən sonra qanvermə aksiyasına başlanılıb. Gün ərzində davam edən aksiya çərçivəsində yüzə yaxın könüllü donordan qan götürülüb. Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaqdır.

Keçidlər