Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda növbəti dəfə vətəndaşlarla səyyar qəbul keçirildi.

26 oktyabr 2022 | 15:16

Ölkə rəhbərinin müvafiq tapşırıqlarına əsasən RİH başçısı tərəfindən sakinlərlə görüşlər təşkil olunur, onların şikayət və təklifləri dinlənilir.

Oktyabrın 26-da Cirimbel kəndində  keçirilən səyyar qəbulda RİH başçısı, müavinləri, şöbə müdirləri, idarə müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak edib.
Əvvəlcə Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra RİH başçısı Ayaz Əsgərov bildirib ki, səyyar qəbulun əsas məqsədi birbaşa vətəndaşlarla görüşüb onları narahat edən problemləri müəyyən etmək və qısa müddətə həllinə nail olmaqdır. Qəbulda iştirak edən şəxslərin müraciətlərini dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov onları  narahat edən bir sıra məsələlərə aydınlıq gətirib. Həlli mümkün müraciətlər yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində əlaqədar təşkilatların rəhbərlərinə tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.

Qəbul zamanı vətəndaşlar tərəfindən, mavi yanacaqla təminat, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin yenisi ilə əvəz olunması, artezian quyusunun qazılmas və digər  məsələlər qaldırılmışdır.

Keçidlər