Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda "Örnək ömrün anları" adlı tədbir keçirilib.

29 mart 2023 | 17:24
29 mart 2023-cü il tarixində "Heydər Əliyev ili" ilə bağlı Yardımlı rayon Mərkəzi Kitabxanasında Rayon İcra Hakimiyyətinin və Rayon Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə "Örnək ömrün anları" adlı tədbir keçirilib.
Tədbirdə RİH başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mirqiyas Əsgərov və Mərkəzi Kitabxanın əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə RİH başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mirqiyas Əsgərov açaraq bildirmişdir ki, Azərbaycanın ən yeni tarixi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. İntibah və milli şüurun oyanışı onun hakimiyyətə gəlişi ilə başlayıb. Müstəqilliyimiz məhz Ümummilli Lider Heydər Əliyevin sayəsində əbədi və dönməz xarakter alıb. İmzalar içərisində millətimizin də imzasının görünməsi, Azərbaycanın inamla beynəlxalq arenaya çıxması, söz və nüfuz sahibi olması onun xidmətidir. Bir cümlə ilə ifadə etməli olsaq, bugünkü Azərbaycan üçün Ümummilli Lider Heydər Əliyevə borcluyuq.
Digər çıxış edənlər bildiriblər ki, Daha qlobal miqyasda baxılarsa, Ulu Öndər Heydər Əliyev hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyətlərdən, dövlət xadimlərindən biridir. Dünyanın məşhur simalarının onun barəsində necə heyranlıqla, ehtiramla danışdıqlarının canlı şahidiyik. Ulu Öndər Heydər Əliyev siyasət aləminin patriarxı, tarixin gedişinə təsir göstərmək qüdrətinə, polad iradəyə malik yenilməz şəxsiyyət kimi səciyyələndirilir.
Keçidlər