Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda orta aylıq əməkhaqqı 5,4 faiz artıb

03 may 2023 | 19:21

Aprelin 1-nə Yardımlı rayonu üzrə muzdlu işçilərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,8 faiz artaraq 4403 nəfər olub. Onlardan 3581 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 822 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin verdiyi məlumata əsasən yanvar-mart ayları ərzində rayon iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,4 faiz artaraq 587,0 manata çatıb.

İqtisadiyyatın maliyyə və sığorta fəaliyyəti, dövlət idarəetməsi və müdafiə, elektrik enerjisi, qaz və buxarın istehsalı və təhsil sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

https://azertag.az/xeber/Yardimlida_orta_ayliq_emekhaqqi_54_faiz_artib-2599526

Keçidlər