Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda orta aylıq nominal əməkhaqqı 581,4 manat olub.

23 fevral 2024 | 13:30

Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin verdiyi məlumata əsasən 2024-cü ilin əvvəlinə Yardımlıda muzdla işləyənlərin sayı 4521 nəfər olmuş, onlardan 3495 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 1026 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
Muzdla işləyənlərin 47,4 faizi təhsil, 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,9 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 5,0 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,6 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 4,4 faizi tikinti, 2,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi, 2,3 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,3 faizi informasiya və rabitə, 1,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,1 faizi peşə, elmi və texniki fəaliyyət, 0,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 0,4 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,4 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 0,2 faizi maliyyə və sığorta fəaliyyəti, 0,1 faizi emal sənayesi, 0,1 faizi isə turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələri üzrə məşğul olmuşlar.
2023-cü ildə rayon iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,6 faiz artaraq 581,4 manat olmuşdur.
İqtisadiyyatın maliyyə və sığorta fəaliyyəti, dövlət idarəetməsi və müdafiə; sosial təminat, eləcə də digər sahələrdə xidmətlərin göstərilməsi fəaliyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

Keçidlər