Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda orta aylıq nominal əməkhaqqı 6,7 faiz artıb.

01 avqust 2023 | 11:31

Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin verdiyi məlumata əsasən 01 iyul 2023-cü il tarixinə muzdla çalışan işçilərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,3 faiz artaraq 4598 nəfər olmuş, onlardan 3589 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 1009 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
Muzdla işləyənlərin 46,2 faizi təhsil, 18,3 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 5,8 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 3,9 faizi tikinti, 2,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi, 2,3 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 5,4 faizi isə  iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
2023-cü ilin yanvar-iyun ayları ərzində rayon iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,7 faiz artaraq 594,8 manat olmuşdur.
İqtisadiyyatın maliyyə və sığorta fəaliyyəti, dövlət idarəetməsi və müdafiə, digər sahələrdə xidmətlərin göstərilməsi fəaliyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

Keçidlər