Yardımlıda payızlıq dənlilərin əkin kampaniyasına başlanılıb.
Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin verdiyi məlumata əsasən 01 oktyabr 2023-cü il tarixinə rayon ərazisində 2024-cü ilin məhsulu üçün əkinəyararlı 2217 hektar sahədə şum qaldırılıb və ötən ilin müvafiq dövrünə nisbətən 228 hektar çox olmaqla 478 hektar sahədə səpin işləri aparılıb. Əkin aparılmış sahənin 430 hektarını buğda, 48 hektarını isə arpa sahəsi təşkil edir. Hər il olduğu kimi cari ildə də kənd təsərrüfatı bitkilərinin əkinində əsasən ailə kəndli və ev təsərrüfatları fəal iştirak edir. Daxil olan məlumatlara əsasən rayonda torpaq mülkiyyətçiləri tərəfindən 4000 hektardan çox sahədə payızlıq dənli bitkilər üzrə səpin işlərinin aparılacağı proqnozlaşdırılır. Hazırda rayon ərazisində payızlıq şum və əkin işləri davam edir.