Yardımlıda payızlıq əkin başa çatıb.
14 yanvar 2025 | 15:55
Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin verdiyi məlumata əsasən 01 yanvar 2025-ci il tarixə rayonda payızlıq bitkilərin əkini üçün 2696 hektar sahədə şum qaldırılmış, 2538 hektar sahədə isə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir. Aparılmış payızlıq əkin sahəsinin 2207 hektarını buğda, 331 hektarını isə arpa sahəsi təşkil edir. Kənd təsərrüfatı müəssisələri və təşkilatları üzrə buğda məhsulu olmaqla 107 hektar sahədə payızlıq əkin işləri aparılmışdır.