Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda payızlıq əkinə start verilib

07 oktyabr 2022 | 16:24

Yardımlı rayonunda gələn ilin məhsulu üçün əkinəyararlı 2573 hektar sahədə şum işləri başa çatdırılıb.

Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin verdiyi məlumata əsasən  bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1115 hektar sahə çoxdur.

Əkin işləri aparılmış sahənin 250 hektarını dən üçün payızlıq bitkilər, 220 hektarını buğda, 30 hektarını isə arpa sahəsi təşkil edir.

Hazırda payızlıq əkin işləri davam edir.

https://azertag.az/xeber/Yardimlida_payizliq_ekine_start_verilib-2323748

Keçidlər