Yanvar-mart aylarında Yardımlı rayonu üzrə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18 milyon 379,2 min manatlıq, o cümlədən 11 milyon 129,2 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7 milyon 250 min manatlıq qeyri-ərzaq malları satılıb.

Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin verdiyi məlumata əsasən ötən ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsində real ifadədə 11,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,6 faiz, qeyri-ərzaq malları üzrə isə 23,7 faiz artım qeydə alınıb. İstehlak məhsullarının dəyər ifadəsində 8,2 faizi ticarət müəssisələri, 91,8 faizi isə fərdi sahibkarlar tərəfindən realizə olunub. Hesabat dövrünün sonuna pərakəndə ticarət şəbəkələrində əmtəə qalığı 5 milyon 944,8 min manat təşkil edir ki, bunun da 836,7 min manatı və ya 14,0 faizi hüquqi şəxslərin, 5 milyon 108,1 min manatı və ya 86,0 faizi isə hüquqi şəxs yaratmadan ticarətlə məşğul olan fərdi sahibkarların payına düşür. Ölkə üzrə əmtəə dövriyyəsinin ümumi həcmində Yardımlı rayonunun xüsusi çəkisi 0,2 faiz təşkil edib, satılmış malların 60,5 faizi ərzaq, 39,5 faizi isə qeyri-ərzaq malları olub.

İlin əvvəlindən qeyri-dövlət mülkiyyətinə aid hüquqi şəxs statuslu statistik subyektlər üzrə 951,0 min manatlıq, hüquqi şəxs yaratmadan ticarətlə məşğul olan fərdi sahibkarlar üzrə 179,3 min manat olmaqla, cəmi 1 milyon 130,3 min manatlıq topdansatış əmtəə dövriyyəsi qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

https://azertag.az/xeber/Yardimlida_perakende_ticaret_dovriyyesi_114_faiz_artib-2586134