Yardımlıda pərakəndə ticarət dövriyyəsi
Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin verdiyi məlumata əsasən 2023-cü ilin yanvar-iyun aylarında Yardımlıda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 45807,5 min manatlıq, o cümlədən 22555,7 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 23251,8 min manatlıq qeyri-ərzaq malları satılmışdır. 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 7,9 faiz artmışdır.
2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2023-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 2,9 dəfə azalmış, fərdi sahibkarlar üzrə isə 29,9 faiz artmışdır. Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində mal ehtiyatlarının qalığı 3390,7 min manat artaraq 10596,1 min manat olmuşdur.