Yardımlıda qanvermə aksiyası keçirilib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində olan talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək məqsədilə Milli Hematologiya və Transfiziologiya Mərkəzinin təşəbbüsü və Yardımlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yardımlı Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib. Müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədilə keçirilən aksiyada qan vermək istəyən könüllü donorları Milli Hematologiya və Transfiziologiya Mərkəzinin və Rayon Mərkəzi Xəstəxanasının həkim personalı müayinə etdikdən sonra qanvermə aksiyasına başlanılıb. Gün ərzində davam edən aksiya çərçivəsində yüzə yaxın könüllü donordan qan götürülüb. Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaqdır.