Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda “Sağlam bədəndə sağlam ruh” devizi altında idmanın kross və gimnastika növləri üzrə Respublika yarışlarının rayon mərhələsi keçirilib.

03 noyabr 2022 | 16:38

Noyabrın 3-də Yardımlı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin birgə təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq “Sağlam bədəndə sağlam ruh” devizi altında idmanın kross və gimnastika növləri üzrə Respublika yarışlarının rayon mərhələsi keçirilib. 

Yardımlı İdman Kompleksində təşkil olunmuş yarışda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yardımlı Rayon Gənclər və İdman İdarəsinin rəisi Şəhriyar Şabiyev və Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin əməkdaşı Xudayar Kərimov çıxış edərək keçirilən yarışın əhəmiyyətindən söz açıblar. Qeyd ediblər ki, yarışın keçirilməsində əsas məqsəd idmanın kütləvililiyini artırmaq, gəncləri Daxili İşlər Orqanlarında xidmətə və təhsilə təşviq etməkdir.

Sonra idmanın müxtəlif növləri üzrə nümunəvi çıxışlar olmuşdur. Yarışda müvafiq fiziki hazırlığa malik 20-25 yaş arası gənclər iştirak etmiş, onlar müəyyən olunmuş marşrut üzrə kross qaçışı və gimnastika (turnik) hərəkətləri üzrə özlərini sınamışlar.

3000 metr məsafəyə kros qaçışı yarışında I yeri Məmmədli Elgiz Failxan oğlu, II yeri Cavadlı Mirtəyyar Zahir oğlu, III yeri isə Bəndəliyev Məcid Arzu oğlu tutub.

Gimnastika (turnik) növü üzrə yarışda I yeri Rüstəmov Adəm Cəmil oğlu, II yeri Rəhimli Mircəfər Altay oğlu, III yeri Şabiyev İmdad Saleh oğlu qazanıb.

Yarışda I,II,III yerləri tutmuş idmançılar diplom, medal və qiymətli hədiyyələrlə təltif olunublar.

 

Keçidlər