Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda ”Sağlam həyat tərzi davranış risk amilləri” mövzusunda tədbir keçirilib.

22 fevral 2024 | 09:19
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın həyata keçirilməsinə dair Sərəncamının 3.3.7.2. və 3.3.7.3. bəndlərinin icrasına əsasən Yardımlı rayon İcra Hakimiyyətinin və Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Yardımlı rayon sektorunun birgə təşkilatçılığı ilə ”Sağlam həyat tərzi davranış risk amilləri” mövzusunda A.Alyarov adına Horavar kənd tam orta məktəbində maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Yardımlı RİH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Yardımlı Rayon sektorunun müdiri Şəhriyar Şabiyev, məktəbin direktoru Zakir İbrahimov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Yardımlı RİH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova çıxış edərək Sağlam həyat tərzi davranış risk amilləri və onun cəmiyyət üçün yaratdığı fəsadlar, həmçinin antisosial mühitdən qorunmağın yolları barədə geniş məlumat verib.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Yardımlı Rayon sektorunun müdiri Şəhriyar Şabiyev yetkinlik yaşına çatmayanların tərəfindən törədilən cinayətlərin, həmçinin yetkinlik yaşına çatmayanların təzyiqlərə, məişət zorakılığına məruz qalma, əmək istismarına təhrik olunma, yetkinlik yaşına çatmayanlar və gənclər arasında kriminal həyat və düşüncə tərzinin, cinayətkar ideyaların formalaşması, eləcə də tütün məmulatlarından istifadə hallarının qarşısının alınması məqsədilə qətiyyətlə aparılan profilaktiki işlər barədə məlumat verib.
Sonda məktəbin direktoru Zakir İbrahimov belə tədbirlərin tez-tez təşkil edilməsinə görə məktəbin müəllim kollektivi adından öz minnətdarlığını bildirmişdir.
Keçidlər