Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda “Sağlam və rasional qidalanma” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

07 mart 2023 | 13:36
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 aprel 2019-cu il tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Qida Təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramında nəzərdə tutulmuş 10.12.3; 10.12.4; 10.12.5 bəndlərinin icrasının təmin edilməsi məqsədilə “Sağlam və rasional qidalanma” mövzusunda maarifləndirici tədbir keçirilib.
 
Tədbirdə Yardımlı  RİH başçısının müavini Əfsanə Məmmədova və aparatın əməkdaşları, MRX-nın inzibati məsələlər üzrə müavini Mirəbülfəz Məmmədli, tibb işçiləri və rayon sakinləri iştirak ediblər.
 
RİH başçısının müavini Əfsanə Məmmədova, MRX-nın inzibati məsələlər üzrə müavini Mirəbülfəz Məmmədli çıxış edərək qida təhlükəsizliyi sahəsində qəbul olunmuş yeni qanunun müddəaları, qeyri-düzgün qida rasionunun qurulmasının insan orqanizmində nə kimi fəsadlara yol aça biləcəyi, eyni zamanda sağlam qidalanmanın insan üçün müsbət təsirləri haqqında iştirakçılara ətraflı məlumatlar veriblər. Həmçinin konservləşdirilmiş qidalar, o cümlədən qida məhsullarının etiketlərində yer almalı olan məlumatlar, etiket üzərində simvol və işarələrin izahı, bakteriya mənşəli qida zəhərlənmələrinin təsviri və qarşısını alınması istiqamətində tövsiyələr verilib, məhsul alarkən etiket məlumatları ilə bağlı vacib məqamlar diqqətə çatdırılıb.
Keçidlər