Yardımlıda sahibkarlığın güzəştli kreditləşdirilməsi mövzusunda tədbir keçirilib
30 noyabr 2022-ci il tarixində Yardımlı rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən “Sahibkarlığın güzəştli kreditləşdirilməsi mövzusunda” tədbir keçirilib. Tədbirdə Yardımlı Rayon İcra Hakimiyyəti aparatının məsul şəxsi Elçin Mirzəyev, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişaf Fondunun İdarə heyəti sədrinin müşaviri Namiq Zeynalov, Fondun məsul işçisi Qəzənfər Səfərxanlı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Lənkəran regional kordinatoru Rahib Cəbiyev və Seymur Murtuzayev iştirak ediblər. Yardımlı rayonunda fəaliyyət göstərən sahibkarlara dövlətin güzəştli maliyyə dəstəyinin verilməsi mexanizminin izah edilməsi, rayonda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında qarşılıqlı inamın artırılması məqsədi ilə “Sahibkarlığın güzəştli kreditləşdirilməsi”nə dair tədbir iştirakçıları ilə işgüzar söhbət aparıldı. Daha sonra sahibkarların sualları cavablandırılıb, təqdim olunan layihələrin qeydiyyatı aparılıb, həmçinin Yardımlı rayonunun iqtisadi potensialının müxtəlif aspektləri geniş təhlil edilib.