Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əməkdaşlarının peşə bayramı qeyd olunub

13 fevral 2026 | 15:37

Yardımlıda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 14 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı Rayon bölməsinin rəisi, polkovnik leytenant Elbrus Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və xidmətin yerli bölməsinin şəxsi heyəti iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 14 illiyi münasibətilə Xidmətin kollektivini təbrik edib, onlara ən xoş arzularını bildirərək, şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayıb. Bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil dövlət quruculuğu və qüdrətli ordu formalaşdırılması prosesi Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən davam və inkişaf etdirilərək özünün zirvə nöqtəsinə yüksəlib.

 

Keçidlər