Yardımlıda “Şəhərsalma və Memarlıq İli” nə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına müvafiq olaraq 12 mart 2026-cı il tarixdə Yardımlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirildi.
Ağacəkmə aksiyasında RİH başçısı Ayaz Əsgərov, YAP Yardımlı Rayon Təşkilatının sədri Anar Alışov, hüquq-mühafizə orqanlarının, idarə müəssisə və xidmət sahələrinin rəhbərləri, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Aksiya iştirakçıları tərəfindən ağac əkilən ərazidə əvvəlcədən təmizlik işləri aparılıb və əkin üçün hazır vəziyyətə gətirilib.
“Şəhərsalma və Memarlıq İli” ilə bağlı təşkil edilən bu aksiya zamanı 50 ədəd Eldar şamı və 100-ə yaxın müxtəlif növ ağaclar əkilib.
Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.








