Yardımlıda Şəhid ailələri ziyarət olunub
Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi Yardımlı rayonunda da daim ehtiramla anılır.
27 sentyabr 2022-ci il tarixində Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin məzarlarını ziyarət edib, onların ailə üzvləri ilə görüşüb, şəhid ailələrinin qayğı və problemləri ilə maraqlanıblar.
RİH başçısı Ayaz Əsgərov 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən danışaraq, döyüşlər zamanı Yardımlı rayonundan olan mərd oğulların böyük şücaət göstərdiyini bildirib. Qeyd edib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə başladılan əks-hücum əməliyyatı nəticəsində 30 illik həsrətimizə son qoyulub, igid oğullarımızın şücaəti sayəsində ərazi bütövlüyümüz təmin olunub. Vətən uğrunda aparılan haqq mübarizəmizdə canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini əziz tutmaq hər birimizin borcudur. RİH başçısı tarixi Qələbədə pay sahibi olan bütün şəhidlərin daim yad olunacağını və şəhid ailələri ilə görüşlərin mütəmadi təşkil ediləcəyini vurğulayıb.
Şəhid ailələri Vətən müharibəsində qazanılan qələbənin xalqımıza böyük sevinc yaşatdığını vurğulayaraq, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə təşəkkürünü bildiriblər.