Yardımlıda şəhidlərin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə U -15 açıq rayon birinciliyi keçirilib.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı, Yardımlı rayon İcra Hakimiyyətinin, Yardımlı rayon Polis şöbəsinin və Yardımlı Olimpiya İdman Kompleksinin dəstəyi ilə Yardımlı şəhidlərinin xatirəsinə həsr edilmiş sərbəst güləş üzrə açıq rayon birinciliyi keçirilib.
Yardımlı İdman Kompleksində keçirilən açıq rayon birinciliyində Lənkəran, Astara, Masallı, Cəlilabad, Biləsuvar rayonlarından və Bakı şəhərindən 10 çəki dərəcəsində 65 idmançı iştirak edib.
Tədbirdə iştirak edən Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə idmana olan diqqət və qayğısının yüksək səviyyədə olduğunu, bu siyasətin gələcək nəslin sağlam yetişməsi, eyni zamanda bədən tərbiyəsi və idmanın inkişafı məqsədi daşıdığını bildirib.
Qalib gələn idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar.