Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda səyyar qəbullarda qaldırılan vətəndaş müraciətləri operativ həll olunub

12 noyabr 2026 | 20:13

Yardımlı Rayon İcra Hakimiyyətinin Başçısı Orxan Məmmədovun sakinlərlə keçirdiyi səyyar qəbullarda qaldırılan məsələlər qısa müddətdə müsbət həllini tapıb. Vətəndaş məmnunluğunun təmin edilməsinə yönəlmiş operativ addımlar çərçivəsində sakinlərin müraciətləri yerindəcə araşdırılaraq icra olunub.

Vətəndaşların müraciətlərinə uyğun olaraq, Vərgədüz və Hamarkənd kəndlərində "MilliÖn" terminalları, Şəfəqli kəndində isə müasir “Bankomat” quraşdırılaraq əhalinin istifadəsinə verilib. Bununla da sakinlərin maliyyə və ödəniş xidmətlərinə əlçatanlığı təmin edilib.

Bundan başqa, yol infrastrukturunun təkmilləşdirilməsi və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Yardımlı–Deman–Arvana avtomobil yolunun Avaş kəndindən keçən 17.3-cü kilometrliyindəki sərt döngə genişləndirilib. Şəfəqli kəndində isə kənddaxili təbii qaz xətlərinin əyilmiş hissələri operativ şəkildə bərpa olunub. Eyni zamanda, rayonda aparılan abadlıq işləri çərçivəsində Şəhidlər xiyabanının önünə yeni asfalt örtüyü salınıb.

 

Keçidlər