Yardımlıda sosial müdafiə haqqında göstəricilər açıqlanıb
2023-cü ilə dair son məlumatlara əsasən Yardımlı rayonu üzrə pensiyaçıların ümumi sayı 6220 nəfərdir. Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin verdiyi məlumata əsasən onlardan 3151 nəfəri yaşa görə, 2393 nəfəri əlilliyə görə, 676 nəfəri ailə başçısını itirməyə görə pensiya alanlardır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği 294,92 manatdır. Bütün pensiya alanlardan 629 nəfəri işləyən, 5591 nəfəri isə işləməyən pensiyaçılardır. Rayon üzrə sosial müavinət təyin olunmuş şəxslərin sayı 3941 nəfər, 1 nəfərə düşən orta aylıq məbləğ 119,49 manatdır. Ünvanlı dövlət sosial yardım alan ailələrin sayı 2573, ailə üzvlərinin sayı 12282 nəfər, 1 nəfərə düşən orta aylıq ünvanlı dövlət sosial yardımın məbləği 88,9 manatdır.