Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda sosial müdafiə statistikası

10 iyun 2026 | 13:35

Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin verdiyi məlumata əsasən 2026-cı ilin əvvəlinə rayon üzrə 6158 nəfər pensiyaçı qeydiyyatda olmuşdur. Pensiyaçıların 3157 nəfəri yaşa görə, 2341 nəfəri əlilliyə görə, 660 nəfəri isə ailə başçısının itirilməsinə görə pensiya alan şəxslərdir. Təyin olunmuş aylıq pensiyaların orta aylıq məbləği 412,89 manat təşkil edir. Pensiyaçıların ümumi sayından 697 nəfəri işləyənlər, 5461 nəfəri isə işləməyən pensiyaçılardır. 3680 nəfərə sosial müavinət təyin olunmuş və 1 nəfərə düşən orta aylıq məbləğ 206,86 manat olmuşdur. Rayonda 12021 nəfər ailə üzvü olan 2576 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilmiş və 1 nəfərə düşən ünvanlı dövlət sosial yardımının orta aylıq məbləği 95,47 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin təqaüdləri və fəxri adlara görə 1 nəfərə düşən orta aylıq məbləğ 169,36 manat  olmaqla  2657 nəfərə təqaüd təyin olunmuşdur. Birdəfəlik sosial müavinətlər alan şəxslərin sayı 533 nəfər olmuşdur ki, onlardan uşağın anadan olmasına görə 476 nəfər uşaqlara, 2 nəfər radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə müalicə üçün, 31 nəfərə dəfn üçün, 24 nəfərə penitensiar müəssisələrində cəza çəkməkdən azad edilmiş şəxslərə verilmiş müavinətlərdir.

Keçidlər