Yardımlıda “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirildi.
Oktyabrın 12-də Yardımlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Tarix yazan əbədiyaşar lider“” mövzusunda dəyirmi masa keçirildi.
Dəyirmi masada RİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova, idarə-müəssisə və təşkilatların gənc əməkdaşları iştirak ediblər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Qeyd olunub ki, bu gün dünya azərbaycanlıları müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edir. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi dövründə dahi şəxsiyyətin xilaskarlıq missiyası, Azərbaycan xalqı və dövləti üçün misilsiz xidmətləri xüsusi minnətdarlıqla xatırlanır. Azərbaycanda bu gün Ulu Öndərimizin ideyaları yaşayır və daha geniş şəkildə həyata keçirilir. Ulu öndər Heydər Əliyevin uğurlu siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Ümummilli Lider Heydər Əliyev ürəklərdə əbədi yaşayacaqdır!
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunub.