Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda “Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda dəyirmi masa keçirilib.

01 noyabr 2023 | 15:14
Noyabrın 1-də müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ölkəmizdə elan edilmiş “Heydər Əliyev İli” çərçivəsində Yardımlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada RİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova, RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rövşən Süleymanov, idarə-müəssisə və təşkilatların gənc əməkdaşları iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan RİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova bildirib ki, Azərbaycanın müstəqilliyinin bərpasının ilk illəri tariximizin qaranlıq səhifəsi kimi xatırlanır. O illərdə ölkəmizə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları Azərbaycanı vətəndaş müharibəsini yaşamaq, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdur. Ölkədə xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran fəlakət həddinə çatmışdır. Azərbaycanın ərazi bütövlüyü pozulmuş, torpaqlarımız Ermənistan tərəfindən işğal edilirdi. Xalqımızın sabaha ümidi yox idi. Belə çətin günlərdə Azərbaycanın xilası 1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. 15 iyun 1993-cü il tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu təqvimdən başlanan yol tariximizə şanlı Zəfər səhifəsini yazdı.
RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rövşən Süleymanov çıxışında 2020-ci il Azərbaycanın tarixinə şanlı Zəfər Günü kimi yazıldı. Bu sevincimiz, qürurumuz keçilən yolun, Heydər Əliyev siyasətinin təntənəsidir. Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətində əksini tapan "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikirlər reallıqda özünü təsdiq etdi.
Digər çıxış edənlər Azərbaycan bu gün möhkəm təməl üzərində dastan yazmaqda davam edir. Ölkəmizin həyatında yeni mərhələ başlayıb. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri geniş vüsət alıb. 30 il torpaq həsrəti ilə yaşayan soydaşlarımızın Böyük Qayıdışı reallaşır.
Keçidlər