Yardımlıda taxıl biçini başa çatıb.
Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin verdiyi məlumata əsasən əkin aparılmış 2644,0 hektar sahənin 2631,0 hektarında (99,5%) taxıl biçini işləri başa çatıb. Ailə kəndli təsərrüfatına aid 13,0 hektar biçilməmiş buğda sahəsində yanğın səbəbindən biçin aparılmamışdır. Sahələrdən 6359,8 ton məhsul yığılmış, taxıl üzrə orta məhsuldarlıq 24,2 sentner təşkil etmişdir. Arpa sahələrində biçin tam yekunlaşmış, sahələrdən 782,0 tona yaxın məhsul yığılmış, orta məhsuldarlıq 20,0 sentner təşkil etmişdir. Buğda sahələrində biçin yekunlaşaraq 2194,0 hektar sahədən 5485,8 ton buğda məhsulu əldə edilib. Buğda üzrə orta məhsuldarlıq 25,0 sentner olmuşdur.
Kənd təsərrüfatı təyinatlı müəssisələr tərəfindən əkin aparılmış 117,0 hektar sahədə də biçin işləri tam yekunlaşmışdır.








