Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda taxıl biçini davam edir.

08 iyul 2025 | 09:44

Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin verdiyi məlumata əsasən Yardımlıda əkin aparılmış 2644 hektar taxıl sahəsinin 1759 hektarı (66,5 faiz) biçilib. Zəmilərdən 4227,0 ton taxıl, o cümlədən 3545,0 ton buğda, 590,0 ton arpa, 92,0 ton sair dənlilər toplanıb. Taxıl üzrə ümumi məhsuldarlıq 24,0 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,1 sent/ha çoxdur. Orta məhsuldarlıq göstəricisi buğdada 25,0 sent/ha, arpada 20,0 sent/ha-dır.
Hazırda taxıl biçini əsasən rayonun dağlıq və dağətəyi hissəsində aparılır. Rayonda 12 İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə aid əkin sahələrində biçin işləri tam yekunlaşıb, digər nümayəndəliklərə aid əhali təsərrüfatları və kənd təsərrüfatı təyinatlı müəssisələrdə isə biçin işləri davam edir.
Hazırda taxıl biçini kompaniyasında14 kombayn iştirak edir və prosesinin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.

Keçidlər