Yardımlıda taxıl biçini üzrə operativ məlumat.
Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin verdiyi məlumata əsasən 20 iyul 2026-cı il tarixinə Yardımlı rayonunda 3847,0 hektar sahədə taxıl biçini başa çatdırılmışdır. Biçilmiş sahələrdən 9042,2 ton məhsul yığılmış, orta məhsuldarlıq 23,5 sentner təşkil etmişdir. Bu günədək rayonun 23 inzibati ərazi dairəsi üzrə nümayəndəliyində olan əhali təsərrüfatlarında biçin işləri tam başa çatmışdır. Arpa əkin sahələrinin 52,7 faizində biçin yekunlaşmış, sahələrdən 553,9 tona yaxın məhsul yığılmışdır. Arpa üzrə orta məhsuldarlıq 21,3 sentner təşkil edir. Buğda əkin sahələrinin isə 95,3 faizində biçin aparılmış, 2928,4 hektar biçilmiş sahədən 7178,2 ton buğda əldə edilmişdir. Buğda üzrə orta məhsuldarlıq 24,5 sentner olmuşdur. Kənd təsərrüfatı təyinatlı müəssisələr üzrə əkin aparılmış 170 hektar sahənin 64,1 faizində biçin işləri başa çatdırılmışdır. Hazırda biçin kampaniyası məhsulun vegetasiya dövrünə uyğun olaraq rayonun nisbətən dağlıq ərazilərində davam etdirilir.








